COP29

SON DƏQİQƏ! İspaniya klubu 4 azərbaycanlı futbolçunu bəyəndi - FOTOLAR

7 Sentyabr 20:00 Gündəm 4 405
SON DƏQİQƏ! İspaniya klubu 4 azərbaycanlı futbolçunu bəyəndi - FOTOLAR

İspaniyanın tanınmış klublarından «Levante» 10 azərbaycanlı futbolçu arasından seçim edib.

Hazırda Sequndada mübarizə aparan Valensiya təmsilçisi 4 həmyerlimizi bəyənib.

Bu haqda redaksiyamıza “Atletiko Bakı”nın direktoru Xalid Hacı məlumat verib.

AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatda mübarizə aparan klubun rəhbəri bu yoxlanışı şəxsi imkanları və dostlarının dəstəyi ilə təşkil etdiklərini bildirib.

Onun sözlərinə görə, 14 və 16 yaşlılardan ibarət 10 nəfərlik heyət bir müdətdir İspaniyadadır. «Levante»nin akademiyasında baxışdan keçən təmsilçilərimiz yerli məşqçilər tərəfindən böyük maraq görüb.

X.Hacı bəyənilən oyunçuların «Levante»də qalması və müqavilə imzalaması üçün hüquqi prosedurun yaxın vaxtlarda başlayacağını bildirib.

SPORTİNFO.AZ

Xəbər Lenti