COP29

Yeni eşqə düşüb... FOTO

6 Sentyabr 02:40 Gündəm 418
Yeni eşqə düşüb... FOTO

Ötən həftələrdə adı futbolçu Barış Alper Yılmazla hallanan Şeyma Subaşı yeni eşqə yelkən açdığını etiraf edib.

Sportinfo.az xəbər verir ki, çox xoşbəxt olduğunu deyən Subaşı bununla bağlı paylaşım edib və bunları yazıb:

"Hələ hiss olunacaq çox şey var. Hər yerdə ən şirin anı hiss edirəm".

Acun Ilıcalıdan boşandıqdan sonra illərdir sevgili olduğu misirli iş adamı Meedo ilə ailə quran, amma qısa vaxt sonra boşanan Şeyma tez-tez şəxsi həyatı ilə gündəmə gəlir.

İnstaqram hesabında video yayımlayaraq etiraf edən Şeyma "Yenidən aşiq oldum. Həyəcan olacaq. Bəli, nə baş verdiyini bilirsinizmi?" sözlərini əlavə edib.

Digər diqqət çəkən məqam isə Subaşının Fransanın San-Tropez bölgəsindən olan paylaşımı olub.

7 il əvvəl Acunla toyunun olduğu yerdə foto çəkdirən Şeyma "7 il əvvəl burada ailə qurduğum üçün bura qayıdanda bir az emosional oldum" sözlərini yazıb.

Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var