COP29

3 milyon avro verdilər, "Neftçi"nin sabiq hücumçusunu transfer etdilər

5 Sentyabr 00:30 Gündəm 564
3 milyon avro verdilər, "Neftçi"nin sabiq hücumçusunu transfer etdilər

"Neftçi"nin sabiq legioneri Mateus Saldanya klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Serbiya "Partizan"ından "Ferentsvaroş"a (Macarıstan) keçib.

Bu barədə Macarıstan klubunun mətbuat xidməti məlumat yayıb.

“Ferentsvaroş” Saldanya üçün 3 milyon avro ödəyib.

Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub.

Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.

Xəbər Lenti