COP29

Azərbaycanda 22 qol vurdu, Avropaya getdi, indi də qayıtmaq istəyir

4 Sentyabr 20:00 Gündəm 7 637
Azərbaycanda 22 qol vurdu, Avropaya getdi, indi də qayıtmaq istəyir

“Qəbələ”dən xatırladığımız İsnik Alimi yenidən Azərbaycanda oynamaq niyyətindədir.

2022/23 mövsümündə bölgə təmsilçisi ilə Azərbaycan kubokunu qazanan yarımmüdafiəçi ötən ilin yayında “Sepsi”yə transfer olunmuşdu.

O, Rumıniya təmsilçisinin heyətində hazırda “Sabah”ın şərəfini qoruyan Pavol Şafranko ilə komanda yoldaşı olub.

Slovakiyalı hücumçu Sportinfo.az-a açıqlamasında Rumıniyada 1 il eyni komandada top qovduğu Aliminin arzusu barədə danışıb:

“Sabah”dan təklif alanda ilk danışdığım adam məhz İsnik oldu. Çünki burada oynayıb, ölkə, mühit və futbol haqda kifayət qədər məlumatlara sahibdir.

Söhbət əsnasında ondan yalnız pozitiv sözlər eşitdim. Və mənə Azərbaycanda oynamağı məsləhət gördü.

Yeri gəlmişkən, özü də Azərbaycana qayıtmaq istəyir. Təbii ki, sərfəli təklif olarsa”.

Şimali Makedoniyalı futbolçu “Qəbələ”nin şərəfini qoruduğu 2021-2023-cü illər aralığında bütün yarışlarda meydana çıxdığı 72 matçda 22 qol və 9 assistlə yadda qalıb.

HƏBİB

Xəbər Lenti