COP29

Azərbaycanlı hücumçu Klozeni sevindirdi: “Onun oynaması hələ tezdir”

4 Sentyabr 17:20 Gündəm 590
Azərbaycanlı hücumçu Klozeni sevindirdi: “Onun oynaması hələ tezdir”

Azərbaycan millisinin forvardı Mahir Emreli yeni klubu “Nürnberq”də komanda ilə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Bir müddətdir zədədən əziyyət çəkən 27 yaşlı hücumçu ilk dəfə kollektivlə məşqə çıxıb. O, daha sonra ikitərəfli oyunda da iştirak edib.

Mahirdən başqa, Enriko Valentini, Yannik Hofmann və Yanni Serra da komanda ilə məşqlərə başlayıb.

2-ci Bundesliqa təmsilçisinin baş məşqçisi Miroslav Kloze komandaya qoşulan futbolçulara görə sevindiyini bildirib:

"Mən çox şadam ki, Mahir indi komandanın məşqlərində iştirak edir. Benni Qoller kollektivə tam uyğunlaşıb.

Benjamin "Aue" ilə yoldaşlıq oyununda meydana çıxacaq. Mahirin oynaması isə hələ tezdir".

M.Emreli avqust ayında “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti mövsümün sonunda artırıla bilər.

Xəbər Lenti