COP29

Bakıda bu yol da bağlanır - "Formula 1”ə görə

30 Avqust 00:00 Gündəm 245
Bakıda bu yol da bağlanır -

İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində, 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər yarışların sona çatmasına qədər qüvvədə olacaq.

“Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 13-15 sentyabr tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi