Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Bolqarıstanın “Ludoqorets” klubuna rəhbərlik edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “24chasa.bg” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Çerçesov “Ludoqorets”in prioritet variantıdır. Danışıqların son mərhələdə olduğu qeyd edilir.
İyunun 3-də Stanislav Çerçesovun futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
60 yaşlı rusiyalı mütəxəssisin əvvəlki iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın “Ferençvaros” klubu olub.
Bolqarıstan klubu ÇL-in 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq (2:1, 2:7) mübarizəni dayandırıb.