COP29

Xorvat azarkeşlər bu gün “Qarabağ”ı dəstəkləyəcək: “Bu, mənim üçün motvasiyadır”

20 Avqust 17:40 Gündəm 3 395
Xorvat azarkeşlər bu gün  “Qarabağ”ı dəstəkləyəcək: “Bu, mənim üçün motvasiyadır”

“Dinamo”nun gücü hamıya məlumdur.

Xüsusən öz meydanlarında xoş təsir bağışlayırlar”.

“Qarabağ”ın qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a açıqlamasında komandasının “Dinamo” (Zaqreb) ilə qarşıdakı oyunu ilə bağlı danışıb.

Əslən Xorvatiyadan olan qapıçı üçün bu oyunun xüsusi önəmi var. Bu, onu qətiyyən həyəcanlandırmır, əksinə, motivasiya verir.

Buntiç “Dinamo”nun güclü rəqib olduğunu bildirsə də, Zaqrebə turist qismində yollanmadığını da gizlətməyib:

“Almaniyada doğulsam da, əslən xorvatiyalıyam. Xorvatiyada qohumlarım, tanışlarım var.

Onlar mənim üçün bu oyuna baxmağa və dəstəkləməyə gələcəklər. Bu məqam mənim üçün xüsusi motivasiyadır.

Gizlətmirəm, “Dinamo” ilə qarşılaşacağımıza görə sevincliyəm. Fərdi ustalıq səviyyəsi yüksək olan oyunçuları var.

Bəlkə də kağız üzərində onlar favorit göstərilir. Xorvatiyaya turist qismində yollanmaq fikrimiz yoxdur.

Zaqrebə cavab oyunundan əvvəl sərfəli nəticə arxasınca gedirik. Xeyr, “Dinamo”da şəxsən tanıdığım futbolçu yoxdur.

Bu, o qədər də önəmli deyil. Mən ora yaxşı nəticə qazanıb, “Qarabağ”ı və Azərbaycanı layiqli şəkildə təmsil etmək üçün gedirəm”.

Bu axşam “Maksimir” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…