COP29

Rusiya prezidentinin Azərbaycandan gedişindən sonra nələr baş verəcək?

20 Avqust 08:20 Gündəm 745
Rusiya prezidentinin Azərbaycandan gedişindən sonra nələr baş verəcək?

“Rusiya mövcud şərtlər daxilində Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır”.

Bu sözləri politoloq Turan Rzayev referans.az-a açıqlamasında deyib.

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilirdi. Bununla bağlı rəsmi xəbər verilməmişdən əvvəl sosial şəbəkələrdə bir çox xəbərlər yayılmışdı. Rəsmi xəbər elan edildikdən sonra biz ötən gecə Putinin Azərbaycana səfərinin şahidi olduq. Bu, iki günlük səfərdir və ən yüksək səviyyəli səfərlərdən biri hesab edilir. Təbii ki, bu gün Rusiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Fərqli sahələrdə əməkdaşlıqlarımız var və ən önəmlisi Azərbaycan və Rusiya arasında Moskva bəyannaməsi var ki, bu, münasibətlərin strataji tərəfdaşlıq və müdafiə paktına keçməsinə dəlalət edir. Rusiya mövcud şərtlər daxilində Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır. Xüsusilə, davam edən Rusiya-Ukrayna müharibəsi Qərbin Rusiyaya təzyiqləri fonunda iki ölkə arasında enerji, təhsil, siyasi sahədə əməkdaşlıqların edilməsi, yeni sazişlərin, dövlətlərarası münasibətlərin olması mümkündür”.

Politoloqun sözlərinə görə, Rusiya hazırda Azərbaycanda yeni konsulluq açmaq istəyir. Məkan olaraq isə Xankəndinin adı çəkilir. Bunun baş tutub-tutmayacağını zaman göstərəcək.

“Digər məsələ də enerji məsələsidir. Rusiya uzun müddətdir müharibə səbəbi ilə Avropaya qaz nəql edə bilmir. Buna görə də Azərbaycan üzərindən qaz nəql etməyi düşünür. Təbii ki, bu beynəlxalq sazişlərdən o qədər də effektiv deyil amma nəticə etibarı ilə Rusiya hələ də bu məsələdə mövqe sərgiləyir. Rəsmi Bakı ilə təmaslar ola bilər amma indidən bunun olub-olmayacağını demək bir qədər çətindir”.

Turan Rzayev qeyd edib ki, Rusiyanı Azərbaycanla bağlı maraqlandıran məsələlərdən biri də dil məsələsidir. Azərbaycanda rus dilinin tədrisi hələ də davam edir və Rusiya bu məsələlərə çox önəm verir.

Rusiya və Azərbaycan arasında hərbi sahədə də əməkdaşlıqlar mövcuddur.

“Azərbaycan ən çox Rusiya hərbi silah sənayesinin məhsullarına müraciət edir. Ortaq silah istehsalı və ya köhnəlmiş silahların motifikasiyası məsələlərində Rusiya ilə əlaqələrin qurulması mümkün görünür. Bütün bu məsələlər görüşlərdə müzakirə edilib. Hesab edirəm ki, bu iki günlük görüşün müsbət nəticələri olacaq”.

Politoloq vurğulayıb ki, Rusiya sülh prosesində aktiv rol almaq istəyir. ABŞ-ın hazırki dönəmdə proseslərdə iştirakını və aktiv təmaslarını nəzərə alsaq, Rusiyanın bu prosesdə iştirakının bizim maraqlarımıza uyğun olduğunu deyə bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…