COP29

“Sabah”da rəhbərlik çox yaxşı işlər görür, ancaq qarşılığını görmür”

17 Avqust 02:40 Gündəm 476
“Sabah”da rəhbərlik çox yaxşı işlər görür, ancaq qarşılığını görmür”

"Belə diqqətin qarşılığı fərqli olmalı, mərhələ keçilməli idi".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov “Zirə” və “Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki nəticələri haqqında danışarkən deyib.

Mütəxəssis “Sabah”ın II təsnifat mərhələsini bəxt sayəsində keçdiyini söyləyib:

“Makkabi” (Hayfa, İsrail) ilə oyunda “Sabah”ın bəxti gətirdi. Düşünürəm ki, rəqib Azərbaycan komandasına yuxarıdan-aşağı baxırdı, əks halda öz evində 0:3 hesabı ilə məğlub olmazdı. Bakıdakı oyunda İsrail klubu daha çox qol vura bilərdi. Sonrakı mərhələdə hamımız inanırdıq ki, “Sabah” İrlandiya klubunu keçəcək. Komanda hər iki oyunda 10 nəfərlə qaldı. Beynəlxalq yarışlarda səhvlər bağışlanılmır. Çox ciddi və təmkinli olmalısan ki, komandanı pis vəziyyətdə qoymayasan. “Sabah”da rəhbərlik çox yaxşı işlər görür, hər bir şərait yaradır. İstənilən futbolçunu transfer edir. Ancaq bunun qarşılığı görünmür. Komanda xoş təsir bağışlamadı. İrlandiya klubuna məğlub olmaq acınacaqlı idi”.

O, komanda ilə düzgün iş görülmədiyini vurğulayıb:

“Komanda ilə düzgün iş görülmədi. Məhz bu səbəbdən məğlub oldular. Düşünürəm ki, “Makkabi” ilə oyundan sonra komanda eyforiyaya qapılmışdı. Komanda nə səfərdə, nə də Bakıda düzgün oyun göstərdi. Qırmızı vərəqə olursa, deməli, buna səni rəqib məcbur edir. Lakin bu, o demək deyil ki, uduzmalısan. Əslində meydanda 10 nəfərlə qalan komanda daha təhlükəli və diqqətli olur. Çünki əks-hücumlardan istifadə edə bilər. Bu isə “Sabah”da alınmadı. Baxmayaraq ki, heyətdə sürətli futbolçular var”.

Y.Hüseynov “Zirə”nin oyununu da dəyərləndirib:

“Zirə”ni növbəti mərhələyə daşıyan səbəb səfər matçının son dəqiqələrində vurduğu qol oldu. Həm rəqib, həm də “Zirə” qol imkanları yaxaladı, lakin istifadə edə bilmədilər. “Zirə” səfərdə sona yaxın qol vuranda artıq növbəti mərhələyə keçəcəyini düşünürdüm. Çünki belə qollar komandaya üstünlük, yaxşı motivasiya verir. Penaltilər seriyasına gəlincə, bu, heç də “lotereya” deyil. Futbolçu özünə inanır və 11 metrlik cərimə zərbəsindən fərqlənir. İnamsızlıq olsa, fərqlənə bilməyəcəksən. Yerli futbolçuların özlərinə inamı yox idi. Bir məsləhət verim, heç vaxt 11 metrlik cərimə zərbəsini yerlə vurmaq lazım deyil”.

O, Rəşad Sadıqovun komandasının pley-offdakı rəqibi haqda danışıb:

“Qarşıdan “Omoniya” ilə oyun gəlir. Kipr komandası keçilməz rəqib deyil. Bizim klublara əksər vaxtlarda məğlub olublar. “Zirə” daha da toparlansa, rəqibinə həddindən artıq ciddi yanaşsa, istəyinə çata bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…