COP29

Sərsəmlədi: “Azərbaycanla sülh müqaviləsi boş sənəddir”

16 Avqust 07:50 Gündəm 3 513
Sərsəmlədi: “Azərbaycanla sülh müqaviləsi boş sənəddir”

“Azərbaycan tərəfinin son bəyanatları fonunda sülh müqaviləsinin boş sənəd olacağı aydın olur”.

Belə bir həyasız sözlər Ermənistan parlamentinin deputatı Ayk Mamicanyandan gəlib.

“Gəlin, verilən açıqlamalar nəticəsində nələrə sahib olduğumuza baxaq. Delimitasiya və demarkasiya məsələsi sülh müqaviləsinə daxil edilməyəcək.

Kommunikasiyaların blokdan çıxarılması məsələsi də sənədə daxil edilməyəcək. Bu sənədin məzmununun hansı mövzu ətrafında olacağı bəlli deyil?

Bu, saziş səviyyəsində Qarabağın statusu məsələsini birdəfəlik bağlamaq cəhdindən başqa nə olacaq?” – deyə Mamicanyan yerli 168 ZHAM verilişində bildirib.

Mamicanyan sözlərinə görə sən demə Ermənistan kommunikasiyalar məsələsində “zərərçəkmiş” tərəfmiş, ona görə də başqa şərt irəli sürülə bilməz.

Erməni revanşistin fikrincə, Paşinyanı daha çox dəhlizin verilməsi faktı yox, ona kimin nəzarət edəcəyi narahat edirdi və bu gün bu layihənin geosiyasi benefisiarları dəyişdikdə, mövqe də dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…