COP29

Azərbaycan yığmasının daha bir üzvü Olimpiadada çempion oldu!

1 Avqust 20:10 Gündəm 381
Azərbaycan yığmasının daha bir üzvü Olimpiadada çempion oldu!

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb.

Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib.

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub.

O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub.

İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu adını, 2023-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.

Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudur.

Kotsoyev bu görüşdə də qalib gələrək finala çıxıb.

O, finalda İlia Sulamanidze (Gürcüstan, dünya reytinqi 2) ilə qarşılaşıb və rəqibinə qalib gələrək Paris-2024-ün qalibi olub.

Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti