COP29

Azərbaycanda futbol bayramı yaşanacaq – Bu iki komandaya diqqət!

1 Avqust 19:00 Gündəm 1 440
Azərbaycanda futbol bayramı yaşanacaq – Bu iki komandaya diqqət!

Ölkəmizi Konfrans Liqasında təmsil edən “Sumqayıt” mübarizəni dayandırsa da, digər iki təmsilçimizin 3-cü mərhələyə yüksəlmək şansları kifayət qədər realdır.

“Sabah” ilk matçda “Makkabi Hayfa”nı səfərdə 3:0, “Zirə” Bakıda “DAC 1904”ü məğlubiyyətə uğradıb.

Futbolda hər şeyin mümkün olduğunu göz önünə alıb arxayınlaşmaq olmaz. Ancaq ilk oyunda qeydə alınan nəticələr komandalarımız üçün böyük üstünlük yaradıb.

“DAC 1904” son illərdə avrokubok tarixində yalnız bir dəfə 5 top vurmağı bacarıb ki, 2020-ci ilin yayında “Yablonets”I 5:3 hesabı ilə məğlub edib. Öz meydanında keçirdiyi digər oyunlarda başqa parlaq qələbəsi yoxdur.

İlk dəqiqələrdən hücuma atılmaları və müdafiədə yol verəcəkləri mümkün boşluqlar da zirəlilərin xeyrinə işləyəcək. Əks-hücumlar qurmağı bacaran “Zirə” bu şanslardan maksimum yararlanmaqla Slovakiyada yerli azarkeşləri məyus edə bilər.

“Sabah”ın ən böyük üstünlüyü keyfiyyətli futbolçulara malik olmasıdır. Doğma meydan və azarkeş amili də olduqca böyük üstünlükdür. “Makkabi” əsasən ev komandası kimi ad çıxarıb. Hətta səfərdə qalib gəldiyi oyunlarda belə, ciddi çətinliklərlə üzləşiblər.

Son illərdə səfərdə əldə etdikləri ən parlaq qələbə “Hamrun Spartans” üzərində 4:0 olub ki, “Sabah”ı Malta təmsilçisi ilə tərəzinin eyni gözünə qoymaq düzgün olmaz. Bakıda 3 və ya daha artıq top fərqi ilə qələbə qazanmaları möcüzə sayılar.

Hər iki komanda sayıqlığı əldən verməmək, xüsusən də müdafiədə diqqətli davranmaqla ölkə futbolsevərlərinin əhvalını yüksəldə bilər. Axşamı gözləyək.

“Sabah” – “Makkabi” görüşü saat 20:00-da, “DAC 1904” – “Zirə” dueli 22:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti