COP29

Bu axşam “Gənclik”də iş rejimi gücləndirilir - “Qarabağ”a görə

30 İyul 17:20 Gündəm 365
Bu axşam “Gənclik”də iş rejimi gücləndirilir - “Qarabağ”a görə

Bu gün metronun “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

“Bakı Metropoliteni” QSC-dən Sportinfo.az-a verilən məlumata görə, bu, Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ”ın bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədardır.

Bu səbəbdən də Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək:

“Görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

Bu arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq.

Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq.

Həmçinin, oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti