COP29

"Qarabağ", "Neftçi" və "Sabah"ın "radar"ında olan legioner Bakıya gəldi – SON DƏQİQƏ

30 İyul 15:00 Gündəm 6 586
"Qarabağ", "Neftçi" və "Sabah"ın "radar"ında olan legioner Bakıya gəldi – SON DƏQİQƏ

Ukrayna yığmasının və «Şaxtyor»un yarımmüdafiəçisi Aleksey Kaşuk Azərbaycana gəlib.

O, az öncə Bakıda gəzintiyə çıxıb.

Şəhərin mərkəzində insanların onu tanımasını hiss edən futbolçu qapaldı bir yerə çəkilib.

Bu səfər adi səfərə oxşamır. Ya da ki, 1 il əvvəl ayırldığı Bakını görməyə səbirsizlənməsinə.

Onunla 3 klubumuz yaxından maraqanır.

2022-ci ilin yanvarından 2023-cü ilin mayına qədər çıxış etdiyi “Sabah”da 41 oyunda forma geyinən, 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan Kaşuka keçmiş komandası ilə yanaşı, «Qarabağ» və «Neftçi» talibdir.

Donetsk təmsilçisi ilə müqaviləsinin başa çatmasına sayılı günlər qalan orta sahə oyunçusu, güman ki, bura onlardan biriylə anlaşmaq üçün gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti