COP29

AFFA yeni təyinatı niyə bu qədər gec rəsmiləşdirdi?

27 İyul 13:00 Gündəm 681
AFFA yeni təyinatı niyə bu qədər gec rəsmiləşdirdi?

Təqribən 2 aya yaxın davam edən aradan sonra AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşdi.

Frank De Blekere bu posta təyin olundu.

AFFA-nın yaydığı rəsmi açıqlamada bildirilir ki, İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə edilib, namizədlərdən belçikalı Frank De Blekerenin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

Federasiya «bəzi şərtlər» deyəndə, nəyin nəzərdə tutulduğunu açıqlamayıb. Amma çox çək-çevir etməyə gərək yoxdur artıq.

O, iyulun 28-dən Premyer Liqa və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Belçikalının təyinatının bu qədər zaman alması maliyyə öhdəliyi ilə bağlıdır. Frank De Blekere danışıqların başında aylıq 50 min dollar civarında əməkhaqqı istəyib.

AFFA ondan güzəştə getməsini gözləyib. Dəvətli şəxs sonda yumşalıb. Göstərilən rəqəmdən bir qədər aşağı məbləğə ölkəmizdə çalışmağa razılıq verib.

Frank De Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb və UEFA-nın hakim-inspektoru kimi fəaliyyət göstərir.

O, daha əvvəl Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorunun müavini vəzifəsində işləyib.

Sabiq referi 7 dəfə Belçikada ilin hakimi seçilib, 6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?