COP29

Məqsədinə çatmaq üçün bölgə təmsilçisi ilə razılaşmadı

20 İyul 23:00 Gündəm 1 219
Məqsədinə çatmaq üçün bölgə təmsilçisi ilə razılaşmadı

“Araz-Naxçıvan”dan ayrılan Turan Manafov hələ də klubsuzdur.

Əslində, “Kəpəz”dən ona real təklif var. Baş məşqçi Adil Şükürov 25 yaşlı futbolçunu şəxsən sərəncamında görmək istədiyini bildirib.

Turan təsdiq cavabı verməyib, düşünmək üçün vaxt istəyib. Çünki karyerasını ölkə xaricində davam etdirməkdə maraqlıdır və bunun üçün bütün əlaqə vasitələrini işə salıb.

Azərbaycanı tərk edə bilməsə, yəqin ki, yerli klublardan biri ilə anlaşacaq.

Sol cinah müdafiəçisi ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində Premyer Liqada meydana çıxdığı 33 oyunda 3 qol və 3 assistlə yadda qalıb. Azərbaycan kubokunda daha 3 görüşdə iştirak edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?