COP29

Klub AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıldı

12 İyul 17:20 Gündəm 1 770
Klub AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıldı

Azərbaycan II Liqasında iştirak etməli olan "İrəvan" AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bunu qurumunicraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi buna bir neçə səbəb göstərib:

"İcraiyyə Komitəsinin qərarına əsasən "İrəvan" AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə "İrəvan"ın 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi.

Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. "İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti