COP29

Azərbaycan dönmək üçün klublardan 150 min dollar istədi

4 İyul 16:00 Gündəm 2 709
Azərbaycan dönmək üçün klublardan 150 min dollar istədi

Azərbaycan yığmasının yarımmüdafiəçisi Vüsal İsgəndərli Premyer Liqanın bir neçə klubu ilə danışıqlar aparır.

“Turan Tovuz”, “Zirə” və “Araz-Naxçıcan” onun xidmətində maraqlıdır.

Millinin üzvünün vətənə dönmək üçün nə qədər pul istəməsi də məlumdur. Vüsalın ürəyindən keçən məbləğ 150 min dollardır.

O, "Boluspor"dan ayrılmaq istəyir. Bu ilin yanvarında "Eqnatiya"dan (Albaniya) Türkiyə klubuna keçən legioner bununla bağlı fikrini rəhbərliyə çatdırıb.

Super Liqaya vəsiqə qazana bilməyən Bolu komandasıyla 1,5 illik müqavilə imzalamış 28 yaşlı oyunçu Azərbaycana qayıtmaq niyyətində olduğunu bildirib.

O, bunun mövsümün son həftələrində əsas heyətdən kənarda qalması, gözlədiyinin əksinə, az-az şans qazanmasıyla əlaqələndirib.

SPORTİNFO.AZ

Xəbər Lenti