COP29

Klubundan ayrılıb qərarını verdi – Azərbaycana dönməyəcək!

1 İyul 20:00 Gündəm 2 178
Klubundan ayrılıb qərarını verdi – Azərbaycana dönməyəcək!

Türkiyədə legioner həyatı yaşayan Coşqun Diniyev istəyinə çatdı.

“Ümraniyespor”da maaşların verilməməsi ilə bağlı yaranmış problem həmyerlimizdən də yan keçməmişdi.

Uzun sürən danışıqlardan sonra Coşqun azad agent statusuna yiyələnərək qarşılıqlı razılıq əsasında klubla yollarını ayırmağa nail oldu.

İndi sual doğuran məqam 28 yaşlı yarımmüdafiəçinin karyerasını hansı ölkədə davam etdirəcəyidir.

Diniyev Azərbaycana qayıtmayacaq. Buna səbəb onun Türkiyə ilə yanaşı, digər ölkələrdən aldığı təkliflərdir. Ən azı növbəti 1 ildə legioner həyatı yaşayacaq.

Hazırda bu yöndə müzakirələr davam edir. Azərbaycan millisinin üzvü təkliflər arasından ən uyğun variantı seçəndən sonra yekun qərarını verəcək.

Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində meydana çıxdığı 33 oyunda 3 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO