COP29

Məxsus olduğu klubda məşqə çıxmadı, Azərbaycana qayıtmaqdan da İMTİNA ETDİ

1 İyul 16:00 Gündəm 2 893
Məxsus olduğu klubda məşqə çıxmadı, Azərbaycana qayıtmaqdan da İMTİNA ETDİ

Polşa mətbuatı Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun “LKS Lodz”u tərk edəcəyini yazıb.

Bu barədə “Łódzki Sport” saytı məlumat yayıb.

Polşalı həmkarlarımız onunla bağlı bunları qeyd edib:

“Bir mərkəz müdafiəçisi artıq klubu tərk edib. Söhbət Oskar Koprovskidən gedir.

Bundan başqa, Adrien Luvo da komandadan gedə biləcəklər siyahısındadır. Keçən həftə isə Rahil Məmmədov məşqə çıxmadı, bu da onun başqa komandaya getməsi ehtimalının yüksək olduğunu göstərir".

28 yaşlı futbolçu bu il yanvarın 20-də “LKS Lodz”la müqavilə imzalamışdı. O, 2025-ci il iyunun 30-na qədər Polşa klubuna məxsusdur.

Lodz təmsilçisi ötən mövsümün yekunlarına görə yüksək liqanı tərk edib.

Redaksiyamıza daxil olan məlumata görə, sabiq “Qarabağ”lı Azərbaycana qayıtmaq istəmir.

“Sabah”, “Araz-Naxçıvan”, “Səbail” və “Neftçi” onunla yaxından maraqlansa da, millimizin üzvü karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO