COP29

“Qarabağ“da işləmiş şəxs “Neftçi“dən təklif aldı, vəzifəsindən ayrılmağa qərar verdi

29 İyun 17:00 Gündəm 3 257
“Qarabağ“da işləmiş şəxs “Neftçi“dən təklif aldı, vəzifəsindən ayrılmağa qərar verdi

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak mayın əvvəlində qayıtdığı “Hatayspor”dan növbəti dəfə ayrılmaq üzrədir.

Türkiyəli funksioner idman direktoru postundan istefa vermək niyyətində olması barədə Super Liqa klubunun rəhbərliyini məlumatlandırıb.

O, buna səbəb kimi Azərbaycandan daha sərfəli və perspektivli təklif almasını göstərib. Belə ehtimal var ki, ona dəvət göndərən klub “Neftçi“dir.

Vaxtilə “Qarabağ“da Qurban Qurbanovun köməkçisi olmuş, 2013-2014-cü il aralığında “Qəbələ“ni çalışdırmış Kavlak mayın 5-də idman direktoru vəzifəsinə təyin edilib.

O, son olaraq “Adanaspor”da baş məşqçi kimi işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti