COP29

İki illik müqavilə təklif edəcək - Azərbaycandan ayrılan baş məşqçiyə

24 May 13:40 Gündəm 893
İki illik müqavilə təklif edəcək - Azərbaycandan ayrılan baş məşqçiyə

"Krasnodar" baş məşqçisi Murad Musayevə sonradan uzatma imkanı ilə iki illik yeni müqavilə təklif edəcək.

Sportinfo.az xəbər verir ki, informasiyanı "RB Sport" yayıb.

Xəbərə görə, tərəflər mövsüm başa çatdıqdan sonra bütün detalları müzakirə edəcəklər.

Fevralın əvvəlində "Sabah"dan ayrılaraq ölkəsinə üz tutan Musayev Vladimir İviçin qovulmasından sonra, martın 14-də iyunun 30-dək müddətə müqavilə imzalayaraq "buğalar"a rəhbərlik etməyə başlayıb.

“Krasnodar” çempionatın bitməsinə bir tur qalmış “Zenit”dən 1 xal, “Dinamo”dan isə 2 xal geri qalaraq, turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Musayevin komandası son turda "Dinamo"nu məğlub etsə, paralel matçda isə "Zenit" "Rostov"la görüşdə xal itirsə, çempion olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?