COP29

“Başa düşün, biz Azərbaycanla müharibə apara bilmərik, çünki çox zəifik”

1 May 13:50 Gündəm 862
“Başa düşün, biz Azərbaycanla müharibə apara bilmərik, çünki çox zəifik”

“Baş nazir Nikol Paşinyan müasir Ermənistan dövlətini qurmaq istəyir. Hesab edirəm ki, konstitusiyamız modern dövlətçiliyə uyğun olaraq dəyişdirilməlidir”.

Bu sözləri politoloq Levon Şirinyan bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:

“Konstitusiyada Qarabağ məsələsini birdəfəlik yığışdırmaq lazımdır. Ümumiyyətlə, biz hansı Qarabağdan danışırıq?! Qarabağ məsələsi artıq bağlanıb. Məgər Qarabağ Ermənistanın olub ki?! Mən soruşmaq istəyirəm, Qarabağ harada yerləşir? Əlbəttə Azərbaycanın tərkib hissəsində. Situasiya artqı dəyişib. Ermənilər artıq Qarabağı tərk edib. Yeni bir nümayəndəlik yaratmaq lazımdır ki, ermənilərin Qarabağa qayıdışını təmin etsin.

Deyirsiniz ki, Azərbaycan bizi yeni müharibə ilə təhdid edir. Qaliblər həmişə təhdid edir. Əgər istəyirsinizsə, kömək üçün Baydenə müraciət edin. Başa düşün ki, Azərbaycanla müharibə aparmaq üçün biz çox zəifik. Rusiyadan uzaqlaşmalıyıq və özümüzə yeni müttəfiqlər tapmalıyıq. Ən başlıcası isə yeni böyük müharibədən qaçmalıyıq. Uzun illər Robert Koçaryan və Serj Sarkisyan ölkəni və ordunu talan edib. Biz indi sülhlə müharibə arasında qalmışıq. Əgər güclü dövlət qura bilməsək, ən pis şeylər başımıza gələcək”.

Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu