"Braqa" Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu üçün Bakıya gəlir.
Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı daşıyan təyyarə paytaxtımıza doğru yola düşüb.
"Qarabağ" - "Braqa" oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.