COP29

Azərbaycan klubları “Şalke”nin sabiq ulduzuna elçi düşdü

6 Yanvar 00:40 Gündəm 2 216
Azərbaycan klubları “Şalke”nin sabiq ulduzuna elçi düşdü

Ukrayna millisinin sabiq üzvü Yevgeni Konoplyanka karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Rumıniya ÇFR-indən ayrılan və hazırda azad agent statusunda olan 34 yaşlı vingerin Azərbaycanla yanaşı, Qazaxıstan, Çin, İndoneziya və Ukraynada çıxış etmək ehtimalı var.

Bu barədə "sport.ua" saytı məlumat yayıb.

Yevgeni Konoplyanka "Dnepr"in yetirməsidir. Təcrübəli ön xətt oyunçusu karyerası ərzində "Sevilya", "Şalke", "Şaxtyor" və "Krakovia"da çıxış edib.

Konoplyanka son klubu olan ÇFR-in heyətində 4 rəsmi matçda iştirak edib.

Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı