COP29

SEVİNDİRİCİ XƏBƏR - Rayonlarda bu şəxslərə mənzillər veriləcək

1 Dekabr 2023 15:50 Gündəm 538
SEVİNDİRİCİ XƏBƏR - Rayonlarda bu şəxslərə mənzillər veriləcək

Azərbaycanın bir sıra şəhər və rayonlarında ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.

Mənzillər Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında təqdim ediləcək.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ oktyabrın 5-də sözügedən şəhər və rayonlarda 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar tender elan edilib.

Nazirlik bu müddət ərzində mənzillərin satın alınmasını həyata keçirəcək şirkət axtarışındadır. Nazirlik bu gün sözügedən tenderin vaxtını bir qədər də uzadıb.

Tenderə dekabrın 11-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?