COP29

Qarabağ Universitetinə qəbul mümkün olacaq - Gələn ildən

1 Dekabr 2023 12:10 Gündəm 672
Qarabağ Universitetinə qəbul mümkün olacaq - Gələn ildən

“Növbəti tədris ilindən Qarabağ Universitetində 800-1000 tələbə tədris ala biləcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, orada 2-3 min tələbənin təhsil alması üçün imkan var:

“Xankəndidəki Qarabağ Universitetinin yenidən fəaliyyətə başlaması elm işçilərinə bir imkandır və hər kəs üçün qürurverici xəbərdir. İlk mərhələdə 4 fakültənin açılması nəzərdə tutulub.

Müəllimlərin bir qismi Xankəndidə kampuslarda qalacaq. Onlar növbəli şəkildə gedib orada təhsil verəcəklər. Orada birinci kursa qəbulu planlaşdırırıq”.

Nazir, həmçinin əlavə edib ki, uzun müddət Azərbaycandan kənarda yaşayan alimlərimiz Qarabağ Universitetində işləmək, orada təhsilin təşkilinə yardım etmək üçün müraciət edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?