COP29

“Qarabağ”la oyun norveçli baş məşqçi üçün sonuncu olacaq?

30 Noyabr 2023 14:20 Gündəm 504
“Qarabağ”la oyun norveçli baş məşqçi üçün sonuncu olacaq?

“Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu “Hakken”in baş məşqçisi Per Matias Höqmo üçün sonuncu ola bilər.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı norveçli mütəxəssisin 2024-cü ilə yeni komandada başlaması gözlənilir.

Ölkə çempionatında mövsüm başa çatdığından, “Qarabağ”la matçdan sonra komanda istirahətə buraxılacaq. “Hakken”in qrupdakı nəticələrindən asılı olmayaraq, Höqmonun komandada qalmaq ehtimalı azdır.

Çünki o, İsveç millisinin baş məşqçisi postuna ən real namizəddir. Mütəxəssis həmçinin Avropa və Yaponiyadan da təkliflər alıb.

Onun “Hakken”lə müqaviləsinin müddəti 2024-cü ilin sonuna qədərdir. Lakin Höqmo iş yerini dəyişməkdə maraqlıdır.

“Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıda keçiriləcək.

Hazırda Azərbaycan təmsilçisi 6 xalla H qrupunda ikinci pillədə qərarlaşıb. İsveç komandasının hesabında isə xal yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?