"Axmat"ın hücumçusu Həmid Ağalarovun atası Ruslan Ağalarov oğlunun Azərbaycan millisinə keçmək təklif olunduğu xəbərlərinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, sport24.ru-ya açıqlamasında bu barədə eşitmədiyini deyib:
“Mən heç nə bilmirəm və eşitməmişəm ki, AFFA Həmidə vətəndaşlığını dəyişməyi təklif edib.
Heç kim mənimlə və ya Həmidlə əlaqə saxlamayıb. Hazırda biz Rusiya Federasiyasının vətəndaşlarıyıq və bununla fəxr edirik”.
H.Ağalarov 2022-ci ilin yayından "Axmat"da çıxış edir.