COP29

“Azərbaycanın antiterror tədbirləri 24 saatdan az müddətdə vəziyyəti dəyişdi"

22 Sentyabr 2023 04:00 Gündəm 606
“Azərbaycanın antiterror tədbirləri 24 saatdan az müddətdə vəziyyəti dəyişdi"

“Azərbaycanın antiterror tədbirləri 24 saatdan az müddətdə vəziyyəti dəyişdi.

Qarabağın erməni sakinləri ilə Bakı arasında danışıqlar cümə axşamı keçirildi. Ermənistan münaqişəyə qarışmadı”.

Bu fikirləri fransız jurnalist, hərbi ekspert Jan-Dominik Merşe “L’Opinion” qəzetində yayımlanan məqaləsində qeyd edib.

“Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı qüvvələr bir gün əvvəl antiterror tədbirlərinə başlayan Azərbaycan ordusuna qarşı mübarizədə bir sıra uğursuzluqlardan sonra Qarabağın erməni nümayəndələri çərşənbə günü atəşkəs razılaşmasının şərtlərini qəbul etdiklərini açıqlayıb.

Ermənilər bildiriblər ki, Rusiyanın təklif etdiyi və çərşənbə günü yerli vaxtla saat 13:00-da qüvvəyə minən saziş bölgədəki erməni silahlı qüvvələrinin parçalanmasını və tərksilah edilməsini və nizami Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Cümə axşamı Qarabağın erməni icması nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında bu ərazinin və orada yaşayan ermənilərin gələcəyi ilə bağlı danışıqlar aparılıb.

Qarabağ məsələsində son akt, bəlkə də, hazırda oynanılmaqdadır. Çərşənbə axşamı günorta saatlarında başlayan Azərbaycanın lokal antiterror tədbirləri, görünür, 24 saatdan az müddətdə öz məqsədlərinə nail olub. Erməni qoşunları müqavimət göstərə bilmədilər və faktiki olaraq təslim oldular.

Gələcək hadisələrin baş verəcəyi ehtimalı böyükdür, lakin Qafqazın geosiyasi xəritəsi gözümüzün qabağında dəyişir. Yerli müstəvidə, beynəlxalq etirazlara baxmayaraq, uduzan tərəf erməni separatçılar oldu. Amma regional miqyasda - Ermənistanda siyasi çevrilişdən başqa - Rusiya “yaxın xaricdə”, yəni keçmiş imperiyasında öz təsirini itirə bilər.

Regionda vəziyyət 2020-ci ilin payızından, Ermənistanın ilkin hərbi məğlubiyyətindən sonra dəyişməz qalıb. Məsələ yalnız 3000 km²-lik, 1991-ci ildən bəri özünü “Artsax Respublikası” elan edən və Fransanın bir Departamentinin (ərazi vahidliyinin) yarısı boyda olan kiçik bir anklav idi. Ermənistan Respublikasından “Laçın dəhlizi” ilə ayrılan bu ərazi 2 min rus hərbçinin nəzarəti altında idi. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Ermənilər iddia edir ki, Qarabağın erməni əhalisinin sayı 120 min nəfərdir, lakin Azərbaycan tərəfi bildirir ki, bu rəqəm 50 min nəfər təşkil edir.

“Qırmızı xətt”. Sentyabrın 9-da qondarma rejim qalıqlarının “yeni prezidenti”nin seçilməsi Bakı üçün “qırmızı xətt” oldu”, - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

Azərbaycan Ermənistanı Qarabağda təqribən 10 minlik qoşun kontingentinə malik olmaqda ittiham edir ki, bunun da 3 mini yerli sakinlərdən cəlb olunub, rəsmi İrəvan bunu çox inandırıcı olmasa da, təkzib edir. Bu mövcudluq 2020-ci il razılaşmalarına zidd idi. Çərşənbə axşamı başlayan lokal antiterror əməliyyatı bu silahlı qüvvələrə qarşı yönəlib. Azərbaycanın hərbi üstünlüyü danılmazdır.

Bakının pilotsuz uçuş aparatları və artilleriya qurğuları 24 saatdan az vaxt ərzində hərbi obyektlərə (radarlar, zenit qurğuları) zərbələr endirib və ehtimal ki, təmas xəttində 90 döyüş mövqeyini zərərsizləşdirib. Bakı bildirir ki, onun qoşunlarının ermənilər yaşayan şəhər və kəndlərə soxulmaq niyyəti olmayıb. Ölənlərin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur”, - o əlavə edib.

Azərbaycan Respublikasının tərkibində bu erməni əhalisinin gələcəyindən bəhs edən jurnalist qeyd edib ki, rəsmi Bakı əmin edir ki, onlar (Qarabağ erməniləri) öz yerlərində qala bilərlər və onların nümayəndələri ilə danışıqlar yolu ilə reinteqrasiya olunacağı təklif edilir.

“Tarixi səhv”. Bu növbəti məğlubiyyətin Ermənistanın özündə də nəticələri olacaq. Çərşənbə axşamı nümayişçilər Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasını mühasirəyə alıblar. O, Ermənistanı hərbi eskalasiyaya sürükləməyə çalışan daxili və xarici qüvvələrə qarşı xəbərdarlıq edərək, münaqişəyə qarışmamaq niyyətini açıqlayıb. Bu qərbyönlü lider, hətta daha radikal ünsürlərin “dövlət çevrilişi” təhlükəsindən də danışıb.

Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ərazisində hərbi bazası və sərhədçiləri yerləşdirilmiş Moskvanın himayəsindən faydalanıblar. Baş nazir Paşinyan isə fərqli olaraq ölkəsinin Moskvadan uzaqlaşaraq Qərbə doğru istiqamətini sürətləndirə bilər. Sentyabrın 3-də Ermənistanda ABŞ-lə birgə hərbi təlimlər keçirilərkən o, “təhlükəsizlik baxımından Rusiyadan asılılığımız tarixi səhv idi” deyə bəyanat səsləndirib. Buna baxmayaraq, rusiyayönlü cərəyanlar ölkədə nüfuzunu qoruyub saxlayır. Nikol Paşinyan 2018-ci ildə rəsmi Kreml tərəfindən çox da təqdir edilməyən inqilab yolu ilə hakimiyyətə gəlib, daha sonra isə yenidən Baş nazir olaraq seçilib”, - Merşe bildirib.

Digər Xəbərlər
Xəbər Lenti