COP29

Sabiq “Neftçi”li: “Azərbaycandan yeni təklif almışam, amma...”

5 İyul 03:20 Gündəm 2 785
Sabiq “Neftçi”li: “Azərbaycandan yeni təklif almışam, amma...”

Başa çatan mövsümü "Zirə"də keçirmiş Sezar Meza Kolli sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, sabiq komandasının Avropa Liqasının təsnifat mərhələsində qarşılaşacaqları "Şerif"lə görüşdən gözləntilərini bölüşüb.

Paraqvaylının fikrincə, 2023/2024 mövsümünü Azərbaycan Premyer Liqasını 2-ci pillədə başa vuran təmsilçimiz uğurlu nəticə qazana bilər:

"Mən keçmiş baş məşqçimə və keçmiş komanda yoldaşlarıma bu oyunlarda uğurlar arzulayıram. İnanıram ki, onlar ən yaxşısını etməyə çalışacaq. Ümidvaram ki, “Şerif”lə və ümumiyyətlə, avrokuboklarda işləri uğurlu alınacaq, istədikləri nəticələri qazanacaqlar".

32 yaşlı futbolçu yenidən Azərbaycana qayıtmağın mümkün olduğunu da bildirib:

"Hələ ki, danışıqlar gedir. Ona görə də, daha çox gözləmə mövqeyindəyəm.

Yaxın günlərdə yekun xəbər olacaq. Bəli, Azərbaycan klublarından təklif almışam.

Amma başqa ölkə klublarından da dəvətim var. Ona görə deyirəm ki, hələ ki, gözləmə mövqeyindəyəm. Görək necə olacaq".

Sezar “Çezena”, “Alaves”, “Pavia”, “Zirə”, “Keşlə”, “Universitatya Krayova”, “Neftçi”, “Ohod” klublarında oynayıb.

Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq