COP29

“Qarabağ”ın rəqibi Bakıda maraqlı seçim etdi, özünü “gizlətdi”

29 İyul 14:00 Gündəm 3 268
“Qarabağ”ın rəqibi Bakıda maraqlı seçim etdi, özünü “gizlətdi”

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq.

Cəbəllütariq təmsilçisinin Bakı planı məlum olub.

“cırtdan” ölkənin çempionunu gətirən təyyarə iyulun 28-dən 29-na keçən gecə 01.25-də Bakıya enib.

Bu gün komanda üzvləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

“Linkoln” paytaxtımızda məskunlaşmaq üçün maraqlı seçim edib.

Onlar digər qonaqlardan fərqli olaraq, şəhərin mərkəzindəki adlı-sanlı otellərdən birini yox, mərkəzdən bir qədər kənarda yerləşən “Wyndham Baku” mehmanxanasını seçiblər.

“Qırmızılar” qarşılaşmadan dərhal sonra ölkəmizi tərk edəcəklər.

Cəbəllütariqdə keçirilən ilk görüş “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Avqustun 30-da baş tutacaq cavab oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti