İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva subaylığın daşını atır.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı paraatlet ailə həyatı qurur.
Məlumata əsasən, o, Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub.
Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.
Paralimpiya ulduzu zənglərə cavab verməsə də, atası Rövşən Vəliyev məsələyə münasibət bildirib. O, məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.
Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.