COP29

Yığmamızın oyunçusu indiki klubundan ayrılsa da, Ukraynanı tərk edəcək

03:50 Gündəm 1 619
Yığmamızın oyunçusu indiki klubundan ayrılsa da, Ukraynanı tərk edəcək

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev yaxın vaxtlarda "Polessye”ni tərk edə bilər.

Sportinfo.az “TaToTake” portalına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi komanda ilə toplanışa getməyib və onun “Polessye”dən gedişi gündəmdədir.

Mustafayev indiki klubundan ayrılsa da, Ukraynanı tərk edəcək. Belə ki, “Çernomorets”lə millimizin üzvü ilə maraqlanır.

Onun mövsümün sonuna kimi icarəyə götürülməsi mümkündür.

Emilin Azərbaycan Premyer Liqasında çıxış edən klublarından birinə keçmək variantı da var.

Digər Xəbərlər
Xəbər Lenti