COP29

Türmədə olan klub prezidenti azadlığa çıxdı – SON DƏQİQƏ

16 Avqust 14:00 Gündəm 2 599
Türmədə olan klub prezidenti azadlığa çıxdı – SON DƏQİQƏ

Fəaliyyətini dayandıran «İrəvan»ın prezidenti Zahid Niyazəliyev həbsdən çıxıb.

Ötən mövsüm I Liqada mübarizə aparmış klubun rəhbəri artıq azadlıqdadır.

Onunla bağlı açılmış cinayət işinə xitam verilib-verilməməsindən isə hələlik dəqiq məlumatımız yoxdur. Sadəcə, bilirik ki, o, dələduzluq və digər maddələrlə ittiham edilirdi.

Təqribən 6 ay Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olan Niyazəliyevin «İrəvan»la heç bir əlaqəsinin qalmadığını da xatırladaq.

Düzü, indi bunun elə bir əhəmiyyəti qalmayıb. AFFA sözügedən klubu bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…