COP29

Noyabrın 12-də gözlənilən hava şəraiti - Leysan yağacaq, dolu düşəcək

12 Noyabr 07:00 Gündəm 858
Noyabrın 12-də gözlənilən hava şəraiti - Leysan yağacaq, dolu düşəcək

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində yarımadanın bəzi yerlərində fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Xəbər Lenti