COP29

Mahir Emreli yeni mövsümə hansı klubda başlayacaq?

5 İyul 01:10 Gündəm 2 254
Mahir Emreli yeni mövsümə hansı klubda başlayacaq?

"Dinamo"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli bir neçə klubla danışıq aparır.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu hazırda təklifləri nəzərdən keçirir.

Hazırda Zaqreb təmsilçisinin düşərgəsində olan forvard yaxın bir neçə həftə ərzində qərar verəcək. Onun Xorvatiyadan ayrılmaq ehtimalı böyükdür.

2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun klubla hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatmalıdır.

Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq