Tərtərdə ilk futbol klubu yaradılıb.
Rayon ilk dəfə ölkə miqyasında bir yarışda təmsil olunacaq.
Tərtərin öz adını daşıyan komanda üzümüzə gələn mövsümdən Region Liqasında mübarizə aparacaq. AFFA bu kollektivin Şimal-Qərb və Qərb zonasında iştirakını təsdiqləyib.
AFFA Region Liqasının 2024/2025-ci illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinin müddətini uzadıb.
Çempionata qatılmaq arzusunda olanlar üçün son tarix oktyabrın 1-i nəzərdə tutulmuşdu. İndi isə onlar daha bir neçə gün əlavə vaxt əldə edib.
Yarışda qüüvəsini sınamaq həvəsinə düşənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
Region Liqasının oktyabrın sonu, noyabrın ilk həftəsində başlaması nəzərdə tutulub. Burada təxminən 40-45 komandanın mübarizə aparması nəzərdə tutulub.
Qeydiyyat prosesinin uzadılması müxtəlif səbəblərlə əlaqədardır. Bəzi komandalar sənədlərini qaydasına salmaqda yubanırsa, bəzisi də heyətini formalaşdırmaqda çətinlik çəkir.
SPORTİNFO.AZ