COP29

"Dəyişmədim, sadiq qaldım"

24 Avqust 03:10 Güləş 1 043
"Dəyişmədim, sadiq qaldım"

"Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim.

Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım".

Sportinfo.azxəbər verir ki, bunu İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

İdmançı artıq ikiqat Avropa və ikiqat dünya çempionu (hər ikisi U-17) olduğunu xatırladıb:

"Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi.

İlk hissədə 1:3 hesabı ilə geridə idim. Amma sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".

Yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti