COP29

"Bu, sonuncudur, həyəcanlıyam, amma qazanmaq istəyirəm"

16 İyul 02:40 Güləş 1 546
"Bu, sonuncudur, həyəcanlıyam, amma qazanmaq istəyirəm"

“Paris-2024” Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb.

Qubadakı hazırlıqdan sonra birbaşa Fransaya yollanacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.

Ətraflı
65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı xırda zədələr olmasına baxmayaraq, hədəfinin Olimpiadada uğurlu çıxış etmək olduğunu bildirib:

“Azərbaycana gözəl nəticələrlə qayıtmaq istəyirik. Olimpiya lisenziyası qazanan idmançıların bu cür xoş tədbirə dəvət olunması sevindirici haldır. Biz daha da məsuliyyətli oluruq”.

33 yaşlı idmançı “Paris-2024” Yay Olimpiya Oyunlarının karyerasının sonuncu yarışı olacağını vurğulayıb:

“Əlbəttə, son yarışdır, həyəcanlıyam, uğurlu nəticə qazanmaq istəyirəm. Ancaq indiyədək əldə etdiyim medallar da göz önündədir.

Üçüncü dəfə Olimpiadada çıxış edəcəyəm. Getdiyimiz yarışlarda özünəinam olmalıdır. Bu, əsas motivasiya mənbəyidir”.

Azərbaycanı Paris Olimpiadasında 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək (AZƏRTAC).

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?