
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
Sportinfo.az xəbər verir ki, o, finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzub.
Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatında qızıl mükafat qazanıb.
Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.