Qurban Qurbanov Avropada çempionluq “taxt”ına əyləşdi - vİDEO+FOTO

14 Aprel 01:20 Güləş 231
Qurban Qurbanov Avropada çempionluq “taxt”ına əyləşdi - vİDEO+FOTO

Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, 82 kq çəki dərəcəsində yarışan idmançı finalda macarıstanlı Erik Silvassini məğlub edib.

Rəqibinə 6:0 hesabı ilə qalib gələn Q.Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub.

daha-bir-gulescimiz-avropa-cempionu-oldu

Daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub,

Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.

Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...