Üç azərbaycanlı finalda - Avropa çempionatında bu gün

13 Aprel 16:55 Güləş 342
Üç azərbaycanlı finalda - Avropa çempionatında bu gün

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çepionatına bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaq.

Nihat Məmmədli (60 kq, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) final görüşünə çıxacaq.

Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

60 kq.

Nihat Məmmədli (Azərbaycan) - Georgi Tibilov (Serbiya)

67 kq.

Həsrət Cəfərov (Azərbaycan) – Əbu Müslüm Amayev (Bolqarıstan)

82 kq.

Qurban Qurbanov (Azərbaycan) – Erik Silvassi (Macarıstan)

Bürünc medal uğrunda görüş

72 kq.

Ülvi Qənizadə (Azərbaycan) - Alen Mirzoyan (UWW)

Daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub,

Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!
April
2025
SunMonTueWedThuFriSat