“Neftçi nin adı - Serbiyadan 6 medal gətirdilər

11 Aprel 03:30 Güləş 232
“Neftçi nin adı - Serbiyadan 6 medal gətirdilər

Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun turnirdə təmsil olunan Yunan-Roma güləşçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Həmyerlilərimizdən Zöhrab Səfərov (85 kq) bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Amin Məmmədov (44 kq) ikinci, Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) isə üçüncü yeri tutublar.

Daha əvvəl sərbəst güləşçimiz Fərid Hüseynli (52 kq) Gimnaziadanın gümüş medalına layiq görülmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti