
Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.
Sportinfo.az xəbər verir ki, Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili Albaniyanı təmsil edən osetin əsilli güləşçi Çermen Valiyevə medal verərkən onu “satqın” adlandırıb.
Federasiya rəsmisi əsəbi şəkildə medalı idmançının boynundan asıb. Ç.Valiyev də buna etirazını bildirib.
Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qayzumov da rusiyalı nümayəndəyə öz etirazını bildirib. Nəticədə ara qarışıb və qalmaqal paltardəyişmə otağına qədər davam edib.
74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.