Avropa çempionu oldu - Azərbaycanın sərbəst güləşçisi

10 Aprel 01:40 Güləş 222
Avropa çempionu oldu - Azərbaycanın sərbəst güləşçisi

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Meşvildişvili final görüşündə son saniyədə işlətdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.

Daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti