Ruslan Avropa çempionu oldu, Elminin arzusu reallaşmadı

15 Mart 15:20 Güləş 157
Ruslan Avropa çempionu oldu, Elminin arzusu reallaşmadı

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatına bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nurullayev 3:2 hesablı qələbəylə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kq) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat