“Neftçi” Albaniyada medal qoymadı

02:00 Güləş 88
“Neftçi” Albaniyada medal qoymadı

“Neftçi” İdman Klubunun daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub.

Sportinfo.az xəbər verir ki, xanım idmançı finalda rusiyalı Yekaterina Karpuşkinaya 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl “ağ-qaralar”ın qadın güləşçilərindən Günay Qurbanova Avropa çempionu olub. Əsmər Cankurtaran (50 kq) isə yarışı bürünc medalla başa vurub.

Sərbəst güləşçilərdən Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) gümüş, Murad Haqverdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 10:40 4 qol - VİDEO