“Neftçi” Azərbaycanda hamını mat qoydu!

16 Fevral 00:50 Güləş 2 738
“Neftçi” Azərbaycanda hamını mat qoydu!

Abşeron Olimpiya İdman Kompleksində start götürmüş sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilər arasında təşkil olunan yarışlar başa çatıb.

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri respublika birinciliyində inamla mübarizə apararaq 20 medal (8 qızıl, 2 gümüş, 10 bürünc) qazanıblar.

Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70kq), Ömər Gülməmmədov (74 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Azərbaycan çempionu tituluna yiyələniblər.

Yalnız finalda məğlubiyyət acısı yaşayan Elcan İsmayılzadə (65 kq) ilə Şəmistan Axundov (92 kq) gümüş medala layiq görülüblər.

“Neftçi”nin digər yetirmələri – Hüseyn Hüseynov (57 kq), Zamin Məmmədov (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Heydərəli Saidov (74 kq), Vüsal Əliyev (79 kq), Vasif Xudiyev (86 kq), Hüseyn Məmmədtağızadə (86 kq), Xəyal Əsgərov (92 kq) və Abdulla Şərif (97 kq) isə ölkə birinciliyini üçüncü pillədə başa vurublar.

“Neftçi” İdman Klubu ümumkomanda hesabında 205 xalla turnirin qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”